Bakıda itə qarşı vəhşilik - Dəhşətli KADRLAR

"İti vəhşicəsinə döyüblər və gözlərini kor ediblər. İndi görün, necə qorxunc və iyrənc məxluqlarnan bir dünyada yaşayırıq biz. Nə mərhəmətləri var, nə vicdanları, nə də hər hansısa insani dəyərləri".
Avtosfer.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov sosial şəbəkə hesabında yazıb. O bu vəhşiliyə etirazını məmurlara xitabən aşağıdakı sözlərlə qeyd edib:
"Yüksək rütbəli məmur yoldaşlar, heyvanlara qarşı ölkədə baş alıb gedən zorakılığı görün artıq. Heyvana bunu edən insanamı acıyacaq? Uşağamı acıyacaq, ya da qadınamı acıyacaq?".
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov Bizim.Media-ya açıqlamasında bu vəhşiliyin Bakıda qeydə alındığını deyib. O təəssüflə heyvanın vəziyyətinin ağır olduğunu bildirib:
"Hazırda it ultrasəs müayinəsindən keçirilir. Onun balalarının ölüb ölməməsi üçün müayinə edilir. Vəziyyəti çox ağırdır. Heyvanın gözləri çox zədəlidir. Çalışırıq, gözlərini xilas edək".
Biz də bu vəhşiliyə yox deyirik. Cinayətlərin mənbəyi heyvanlara olan münasibətlərdən qaynaqlanır, ona görə də ətrafımızı xilas edək.
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi deyir ki, cəmiyyətlərin səviyyəsi təbiətə və heyvanlara olan münasibətlə mütanasiblik təşkil edir. Acı da olsa, görünən odur ki, biz vəhşi cəmiyyətdə yaşayırıq.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












