Bakıda mağazadan 31 min manatlıq "Iphone" oğurlanıb - VİDEO - FOTO

Bakının Nizami rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən qorunan mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyən edən mühafizə polisləri “isti” izlərlə oğurluqda şübhəli bilinən şəxsi hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkar edilib. Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
















