Bakıda məhkəmənin vəzifəli şəxsi həbs olundu

Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, belə tədbirlərdən biri kimi Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın həmin məhkəmədən daxil olmuş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış araşdırmalarla qeyd edilən vəzifədə işləyərkən İbrahim Xələfzadənin məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.
12 fevral 2021-ci il tarixdə Xələfzadə İbrahim Etibar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












