Bakıda qəza törədən avtobus sürücüsünə ağır cəza verildi

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törətmiş avtobus sürücüsü həbs edilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu il 7 avqust tarixində Sahil qəsəbəsi yaxınlığında idarə etdiyi 164 saylı marşrut xətti üzrə avtobusla ağır qəza törədən Mübariz Vəliyevə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.
Bildirilib ki, hadisəni törədən avtobus “BMH” MMC-yə məxsus olub. M.Vəliyev idarə etdiyi avtobusla səhər saatlarında paytaxtdan Sahil qəsəbəsinə doğru hərəkət edərkən yol kənarında dayanmış “Hyundai Elantra” markalı avtomobili vurub. Nəticədə minik avtomobilinin sürücüsü E.Mürşüdov və həyat yoldaşı Sevinc Mürşüdova aldıqları xəsarətlərdən vəfat edib.
Məhkəmədə təqsirləndirilən şəxs “Hyundai” markalı avtomobilin onun sürdüyü avtobusun qarşısında qəfil dayandığını bildirib: “Qəzadan sonra sürücünün xəsarət alaraq sükan arxasında qaldığını görüb dərhal təcili tibbi yardıma və polisə məlumat verdim. Hadisə yerinə gələn həkimlər salonda olan qadının öldüyünü bildirib sürücünü xəstəxanaya apardılar. Avtoqəza zamanı mən və avtobusdakı sərnişinlər xəsarət almamışıq. Hadisədən dərin məyusluq keçirirəm. Çalışsam da, zərərçəkmiş şəxslərin hüquqi varisi ilə barışıq əldə edə bilməmişəm”.
O da məlum olub ki, hadisədən əvvəl “Hyundai Elantra” markalı avtomobilin ön oturacağında əyləşən sürücü E.Mürşüdovun atası özünü narahat hiss edib. E.Mürşüdov maşını yolun sağına çəkərək saxlayıb və atasına dərman vermək istəyərkən avtobus arxadan onların olduğu maşına çırpılıb.
“Qafqazinfo”
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












