Bakıda qəzalı vəziyyətə düşən 4 abidə bərpa ediləcək

Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işləri aparılacaq.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılır.
Layihə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa və layihə tapşırığına uyğun şəkildə hazırlanacaq.
Layihə qəzalı vəziyyətə düşmüş tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə icra olunacaq. Buraya Səbail rayonunun Qurban Abbasov küçəsi, 48 ünvanında, Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsi, 144 ünvanında, Nəsimi rayonunun Mirzə İbrahimov küçəsi, 68 ünvanında və Həzi Aslanov küçəsi, 101 ünvanında yerləşən abidələr daxildir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihə-smeta sənədlərinin 556 230.87 manata hazırlanacağını proqnozlaşdırıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












