Bakıda sürücü ilə dalaşan “parkovşik” həbs edildi - 10 sutka

Bakıda yol kənarında avtomobillərin parklanmasına nəzarət edən şəxslə sürücü arasında insident olub. Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində baş verib. Sürücü ilə “parkovşik”in mübahisəsindən sonra avtomobil sahibi 102-yə müraciət edərək polis çağırıb. Parklanmaya nəzarət edən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə aparılıb. Burada onun Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Z.S. olması müəyyən edilib. “Parkovşik”in barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmədə 50 yaşlı Z.S bildirib ki, insident sürücünün ona məxsus olan və parklanma zamanı istifadə etdiyi aləti götürüb atması səbəbindən baş verib:
“Daimi yaşayış yerim yoxdur. Nəsimi rayonu, Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsində avtomaşınları park etməyə kömək edərək qazandığım az miqdarda pulla günlük xərclərimi qarşılayıram. Hadisə baş verərkən avtomobillərin park edilməsi üçün istifadə etdiyi dəmir alətin bir nəfər şəxsə məxsus avtomobilin sürücüsü tərəfindən kənara aparıldığını gördüm və bu barədə öz irad bildirdim. Bundan sonra həmin şəxslə aramızda mübahisə yarandı, lakin həmin şəxsi təhqir etməmişəm. Daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə müraciət etdi, polis əməkdaşları gəldi. Polis əməkdaşları məni şöbəyə dəvət etdikdə heç bir təhqir və etiraza yol vermədən onlarla birgə getmişəm”.
Nəsimi Rayon məhkəməsinin qərarı ilə Z.S-ə 10 sutka inzibati həbs cəzası verilib.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










