Bakıda yol çökdü: Araşdırma aparılır - YENİLƏNİB

Paytaxtın Yasamal rayonu Ümid Əkbərov 38 ünvanında yolun bir hissəsində baş verən sürüşmə zamanı qaz xəttində sızma qeydə alınmayıb. Bu barədə açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. O bildirib ki, hadisə yerinə qurumun əməkdaşları tərəfindən baxış keçirilib: “Sürüşmə qeydə alınan ərazidə qaz xəttinin dayağı zədələnib. Zədələnmiş dayağın bərkidilməsi istiqamətində zəruri tədbirlər görülür. Qaz xəttində isə hər hansı zədələnmə və sızma qeydə alınmayıb”.
13:25
Paytaxtın Yasamal rayonu ərazisində yolun bir hissəsi çöküb. Söhbət rayonun Ümid Əkbərov 38 ünvanından gedir. Qeyd olunan ünvanda yolda baş verən sürüşmə nəticəsində ərazidən keçən qaz xəttinə və yüksək gərginlikli yeraltı elektrik xəttinə də ziyan dəyib.
Baş hadisənin səbəbini öyrənmək məqsədilə Yasmal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyətindən Avtosfer.az-a bildiriblər ki, sözügedən əraziyə baxış keçirilib:
“Məlumatımız var. Məsələ araşdırılır və yekun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












