Bakıda yol çökdü, sıxlıq yarandı - VİDEO

Yasamal rayonu Qurban Xəlilov küçəsində çöküntü baş verib. Çöküntünün təxminən 1-1.5 metr dərinlikdə olduğu müşahidə olunur.
İlkin səbəblərə gəldikdə isə hadisənin yolun alt hissəsindən keçən kəmərdən sızan suyun asfalt örtüyünü yuması nəticəsində baş verdiyi bildirilir.
Hadisə yolda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaqla yanaşı, həm də qəza riskinə səbəb olur. Çünki sürücülər yalnız əraziyə çatanda asfaltın çökdüyünün şahidi olurlar. Bununla bağlı hər hansı məlumatverici lövhə qoyulmayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə təhlükəsizlik tədbirləri görülüb: "Hadisə yerinə əməkdaşlarımız cəlb olunub. Həmin ərazidə bərpa işləri aparılır və yaxın müddətdə yekunlaşacaq".
Ətraflı Baku TV-nin süjetində:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












