Bakıətrafı qəsəbələrdə 140 avtobus dezinfeksiya edilib

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, avtobuslar insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib.
112, 104 və 106 saylı marşrut xəttinin qarajında hər gün axşam saatlarında 40 avtobus dezinfeksiya edilirsə, digər qarajda isə 100-ə yaxın avtobus təmizləndikdən sonra dezinfeksiya edilir.
Qeyd edək ki, bu avtobuslar Bakıətrafı kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərərək əsas metro stansiyalarını əlaqələndirir. Koronavirusun yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri edib. Bakı Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə tapşırıqlar verib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












