Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT

Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsinə əsasən, din xadimlərinin dövlət qulluğu vəzifəsi tutması məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, həmçinin Məcəllənin 20.3.5-ci maddəsi ilə namizədin din xadimi olub-olmamasını yoxlamaq üçün müvafiq quruma rəsmi sorğu göndərilməsi qaydası da müəyyənləşib. Quruma göndərilən rəsmi sorğunun isə yeddi iş günü müddətində cavablandırılması nəzərdə tutulur. Bu müddəa “Dini etiqad azadlığı haqqında” Qanunun 4-1.3-cü maddəsində əvvəldən nəzərdə tutulan tələbə əsaslanır. Qanunvericiliyə görə, dövlət orqanlarına seçilən və ya təyin olunan din xadimlərinin peşəkar dini fəaliyyəti həmin müddətdə dayandırılmalıdır. Məhdudiyyət yalnız rəsmi qaydada peşəkar dini fəaliyyətlə məşğul olan din xadimlərinə şamil edilir. Yeni Məcəlləyə əsasən, din xadimləri ilə yanaşı, ikili vətəndaşlığı olan, məhkumluğu ödənilməmiş şəxslərin də dövlət qulluğu vəzifəsi tutmasına icazə verilmir. Bəs Azərbaycanın müstəqillik dövründə dinin dövlətdən ayrı olması prinsipi 35 il ərzində dövlətin təhlükəsizliyinə və hüquqi sisteminin formalaşmasına hansı müsbət təsirləri göstərib?

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, məscid, kilsə və sinaqoqlarda dini ayinləri icra edən din xadimləri dövlət qulluqçusu ola bilməzlər:
"Bu beynəlxalq praktikada da belədir. Biz dünyada gedən proseslərə baxanda Azərbaycanın doğru, sağlam qərarlar qəbul etdiyini və addımlar atdığını təsdiqləyə bilərik. Azərbaycanda bu proseslərə öz töhfəsini verib. Yəni söhbət dinin dövlətdən ayrı olmasından gedir. Azərbaycanın müasir dövrdə bu xətti tutması və həmin istiqamətdə irəliləməsi təhlükəsizlik baxımından ölkə üçün mühüm hüquqi təməl yaradıb. Həmçinin dövlətçilik ənənələrinin güclənməsinə, dövlət idarəçiliyində dünyəvilik prinsipinin qorunmasına da töhfə verib. Hesab edirəm ki, bu Azərbaycanın əldə etdiyi çox mühüm və önəmli bir tarixi nailiyyətdir.
Cəmiyyətimizdə dünyəvilik prosesi qorunur və bu istiqamətdə mühüm addımlar atılır. Bu istiqamətdə ciddi düşünməli və müəyyən addımlar atmalıyıq. Bu gün dövlət də məhz bu məsələdə addımlar atır".
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












