Balakəndə keçmiş məhkumdan tapança götürülüb - FOTO

Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov tutulub. Şəxsi axtarış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib. R.Əhmədilov odlu silahı gizlətdiyi yerdən çıxarıb üzərində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













