Bələdiyyə sədri və iki vətəndaş barəsində inzibati protokollar tərtib edildi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-dən Avtosfer.az-a bildirilib ki, dekabrın 5-də və 6-da Bakı şəhəri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Nəsimi rayonunun Cavadxan küçəsi 54 ünvanında 3 ağacın məhv edilməsi aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş Ş.Ələkbərova barəsində inzibati protokol tərtib edilib.
Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı Şüvəlan qəsəbəsi, çöllük ərazidə “Kamaz” markalı avtomobildən tullantıların boşaldılması və qalaqlanması, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Aşağı Güzdək qəsəbəsi ərazisində sənaye, məişət və digər qarışıq tullantıların qalaqlanması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə “Kamaz” markalı avtomobilin sürücüsü S.Süleymanov və Aşağı Güzdək bələdiyyəsinin sədri S.İmamverdiyev barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
















