Bərdədə 3 saylı məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib - FOTO

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, çıxış edən Bərdə RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin sağlamlığına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıb, psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib. Bildirib ki, bu bəladan gənclərimizi qorumaq üçün hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir
Daha sonra çıxış edənlər narkomaniyanın təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də ümumilikdə bəşəriyyətin gələcəyi üçün təhlükəyə yaratdığını qeyd ediblər, gəncləri bu bəladan uzaq olmağa çağırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq













