Bərdədə taksi sürücüsünə qarşı dəhşətli əməl

Bərdə rayonunda taksi sürücüsünü öldürməyə cəhd etməkdə ittiham olunan Rəşad Mirzəyevin barəsində olan ibtidai istintaq başa çatıb.
Avtosfer.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin yanvarın 6-da, gecə saat 3 radələrində Bərdə rayon sakini Kamil Əhmədovun kəsilmiş-deşilmiş yaralarla Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Bərdə rayon polis şöbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Kamil Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gedib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən 3 bıçaq zərbəsi endirərək ağır bədən xəsarətləri yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb.
Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Dindirilmə zamanı Rəşad Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.
İstintaq orqanı tərəfindən Rəşad Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












