Beyləqanın mərkəzi yollarının təmiri davam edir - FOTO

Beyləqan rayonunda daha bir mərkəzi yaşayış sahəsində - 20 Yanvar küçəsində yeni yol salınır.
Avtosfer.az xəbər verir ki, cari ilin əvvəlindən başlayan abadlıq-quruculuq işləri çərçivəsində prospekt və küçələrin yenidən qurulması, yaşıllıqların salınması, yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla icra olunur.
Nəqliyyatın rahat, maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin gediş-gəlişinin asanlaşdırılması üçün küçə və prospektlərə, eləcə də məhəllədaxili yollara asfalt vurulur.
Hazırda şəhərin 20 Yanvar küçəsində yeni asfalt örtüyünün vurulması işləri həyata keçirilir. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt örtüyü yenisi ilə əvəzlənir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır və bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.







Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












