Bəzi narkotiklərin təsirində olan sürücülər cəzalanmayacaq

Müəyyən dərman qəbul edən sürücülər sərxoş halda avtomobil idarə etdiklərinə görə məsuliyyət daşımayacaqlar.
Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının İnzibati Xətalar Məcəlləsinə edəcəyi dəyişikliklərdə yer alacağı bildirilir. Dəyişikliyə əsasən, bədəndə psixotrop və ya narkotik maddələrə aid olmayan maddələr və ya bu maddələrin izləri aşkar edilərsə, sürücülər məsuliyyətdən azad olunacaq.
Mütəxəssislərin fikrincə, bəzi dərmanların tərkibində diqqəti və reaksiyanı pozan maddələr var.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 12.8-ci maddəsinə görə, sərxoş sürücüyə nəqliyyat vasitəsini idarə etmək, nəqliyyat vasitəsində idarəetməni sərxoş vəziyyətdə olan şəxsə vermək qadağandır. Əks halda avtomobil sahibi bir il yarımdan iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə otuz min rubl məbləğində inzibati cərimələnir. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












