Britaniya kəşfiyyatı Krım körpüsü ilə bağlı MƏLUMAT YAYDI: “2023-cü ilin sentyabrına qədər...”

“Krım körpüsünün 2023-cü ilin sentyabrına qədər tam istifadəyə verilməsi ehtimalı azdır”.
Sfera.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatı yayıb. “Noyabrın 8-də 64 metrlik yeni yerin quraşdırılması üçün körpü bağlanmalı idi. Krım rəsmiləri də təmir müddətinin dekabrın 20-dək bitəcəyini iddia edirdi, amma zədələnmiş hissələri bərpa etmək üçün daha uzun zaman lazımdır. Həmçinin Rusiya prezidenti Vladimir Putinə digər yolun hərəkət hissəsindəki işlərin 2023-cü ilin martına qədər bəzi nasazlıqlara səbəb ola biləcəyi də bildirilib. Ümumiyyətlə, körpünün zədələnməsi, Sevastopolda Qara Dəniz Donanmasına bu yaxınlarda edilən hücum və Xersondan ehtimal olunan geri çəkilmə Rusiya hökumətinin hərbi sahədə işini çətinləşdirir”, deyə kəşfiyyat məlumatında bildirilib.
Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsünün dəmir yolu xəttində güclü yanğın baş verib. Yanğın yeddi yanacaq çənini əhatə edib. Bundan əlavə, iki avtomobilin arakəsmələri qismən dağılıb. Rusiyada yük maşınının partlaması nəticəsində körpünün zədələndiyini bildiriblər, Rusiya prezidenti Vladimir Putin hadisəni “terror hücumu” adlandırıb və Ukraynanı günahlandırıb. Krım körpüsündə baş verən hadisədən sonra Rusiyanın Ukrayna ərazilərinə, xüsusilə də enerji strukturana raket zərbələri intensivləşib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












