Britaniya kəşfiyyatı Minskə yerləşdirilən "Kinjal" və qırıcılar aşkarladı - FOTO

Belarusda, Minsk yaxınlığındakı Maçulişçi aerodromunda Rusiyanın iki MiQ-31 təyyarəsi aşkarlanıb. Bundan başqa "Kinjal" hipersəs raketlərinin saxlanması üçün istifadə olunanı konteynerlər quraşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında məlumat verilib.
Yeni kəşfiyyat məlumatları: Rusiyanın neçə “İskəndər” və “Kalibr”i qalıb? Britaniya kəşfiyyatı Rusiya qırıcısının oktyabrın 17-də peykdən çəkilmiş şəklini də dərc edib. Fotoda iki MiQ-31 təyyarəsi nəzərə çarpır.
Qeyd olunur ki, Rusiya "Kinjal" raketlərindən 2018-ci ildən istifadə edir. Lakin əvvəllər onları Belarusda yerləşdirməyib. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynaya qarşı müharibədə Kinjal raketlərindən istifadə edib, lakin bu raketlərin ehtiyatları xeyli məhdudlaşıb.

Kəşfiyyatçılar vurğulayıblar ki, raketlər 2000 km məsafəlik uçuşa malik olduğundan Belarusda “Kinjal”ların yerləşdirilməsi Ukraynaya qarşı müharibədə Moskvaya az üstünlük verir. Yəqin ki, Moskva bu raketləri Qərbə siyasi mesaj vermək və Belarusu müharibədə iştirakçı kimi nümayiş etdirmək üçün verib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












