BTQ dəmir yolu xəttinin yükötürmə qabiliyyəti artırılacaq

Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 75 % çox - 8,7 milyon ton olub ki, bunun da 6,7 milyon tonu dəmir yolu vasitəsilə daşınıb. Biz bu ilin yekununda tranzit yüklərin həcmində iki dəfə artım gözləyirik. Odur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsini (2-ci fazada tikintisini), eləcə də BTQ-nın yükötürmə qabiliyyətinin artırılmasını planlaşdırırıq", - deyə o, qeyd edib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bu ilin əvvəlindən BTQ ilə 540 min ton yük daşınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 26,1 % çoxdur. Dəmir yolu xətti ilə üzrə işlər Azərbaycan və Türkiyədə tam, Gürcüstanda isə 86 % yekunlaşıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











