BTQ mərkəzinin tikintisi yekunlaşır

Asiya ilə Avropanı bir-birinə bağlayan, Bakı-Tbilisi-Qars üçün önəmli mərkəz olan Qars Logistika Mərkəzinin tikintisi sonuncu mərhələdədir.
Avtosfer.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 80 min kvadrat metrlik konteyner ambarı olan Qars Logistika Mərkəzi, ilk mərhələdə 500 nəfər işlə təmin edərək, 7 kilometrlik dəmir yolu bağlantısı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşdiriləcək.
Türkiyənin keçmiş nəqliyyat dənizçilik üzrə naziri Əhməd Asrlan bildirib ki, Türkiyədən Gürcüstan üzərindən Orta Asiyaya göndərililəcək bütün yüklərin gömrük işləri Qars Logistika Mərkəzində həyata keçiriləcək.
O, Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Orta Asiyaya göndərilən yüklər fasiləsiz şəkildə çatır, ordan da geri Avropaya çatdığını deyib: “Qars Logistika Mərkəzinə Çindən, Qazaxıstandan, Rusiyadan, Türkmənistandan, Özbəkistandan, Qırğızıstandan, Azərbaycandan, Gürcüstandan yüklər gələcək. Bununla Türkiyə dünyanın ticarət mərkəzinə çevrilir. Hər tərəfə getmək istəyənlər burdan keçəcəklər. Qars dünyanın yükdaşıma sahəsində mərkəz rolunu oynayacaq. Mərkəzdə ümumilikdə 412 min ton yükdaşıma potensialı yaradılacaq”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












