Bu ərazilərdə fasiləsiz su rejimi tətbiq olundu - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Avtosfer.az xəbər verir ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların saz vəziyyətə gətirilməsi, primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyaların təkmilləşdirilməsi, yeni güclü nasosların qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.
Əvvəllər Binəqədi rayonu üzrə Biləcəri Yeni yaşayış massiv, 1 May qəsəbəsi, Qərb, İlqar Kərimov, Asəf Zeynallı, Tomris küçələri, Biləcəri şosesi ərazisində içməli su təchizatı qrafiklə həyata keçirilirdi.
Fasiləsiz su təminatına keçid məqsədilə mövcud sistemdə bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirilib. Biləcəri nasos stansiyasından keçən diametri 1420 mm olan Kür-3 magistral su kəmərinə Oğuz-Qəbələ-Bakı su kəmərindən 700 mm diametrli yeni birləşmə vasitəsilə əlavə su həcmləri ötürülür. Bu birləşmədə Kür-3 magistral kəmərində su həcminin tənzimlənməsindən sonra qeyd olunan ərazilərə 24 saat fasiləsiz suyun verilməsi həyata keçirilib.
Hazırda 24 saat verilən su keyfiyyət və təhlükəsizlik baxımından yüksək standartlara cavab verir. Filtrasiya və təmizləmə sistemləri vasitəsilə suyun keyfiyyəti daim nəzarətdə saxlanılır. Yeni texnoloji avadanlıqlar və avtomatik idarəetmə sistemi su təchizatını fasiləsiz və etibarlı edib.
Fasiləsiz su təchizatına keçid nəticəsində Binəqədi rayonunun qeyd olunan ərazilərində 2600 abonent artıq 24 saat içməli su ilə təmin edilir.
Binəqədi rayonunun sakinləri arasında fasiləsiz su təminatı ilə bağlı sorğu da keçirilib. Sorğunun nəticələrinə əsasən, sakinlərin böyük əksəriyyəti göstərilən xidmətin keyfiyyətindən razı olduqlarını bildiriblər. Onların sözlərinə görə, indiki su təminatı gündəlik məişət şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, əvvəlki dövrlərdə yaranan su qıtlığı və təzyiq problemi isə minimuma enib. Sakinlər xüsusilə qeyd ediblər ki, fasiləsiz su təchizatı həm rahatlığın artmasına, həm də sanitariya və gigiyena şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərib.
“Biletim.az” portalında yeni ödəniş imkanları yaradıldı
Bakı-Sumqayıt yolunda tıxac probleminin həllinə dair yeni plan - FOTO
Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir - VİDEO
Məktəblərdə dərs saatları DƏYİŞİR
“Bütün müdafiə nazirlərinin dövründə hərbi hissələrdə oğurluqlar olub” – EKSPERT
Polisdən əməliyyat: Görüntüləri yayılan 5 nəfər saxlanıldı - VİDEO
Paytaxtda avtobusların hərəkətində yenilik: Ekspert detalları AÇIQLADI
Baş nazir qərar İMZALADI: Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI












