Bu gün Həcc ziyarəti başa çatır

Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:
"Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarətə yollanan kvota üzrə hamı artıq ziyarətini başa vurub vətənə dönür. Hamı özünü yaxşı hiss edir. Heç kimin səhhətində hansısa problem yaranmayıb", - o bildirib.
Qeyd edək ki, hacıların Azərbaycana ilk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçirilib. İkinci qrup isə iyunun 7-də vətənə qayıtmışdılar.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












