Bu küçəyə İrəvaninin adı verildi - FOTO

"Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə silsilə tədbirlər həyata keçirilir”.
Avtosfer.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
“Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilib. Bu qərar dahi rəssamın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanın və ümumilikdə Azərbaycan xalqının tarixən mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri olmuş İrəvan şəhərində yaşayıb-yaratmış sənətkarın adının Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə verilməsi xüsusi rəmzi məna daşıyır.
Xatırladaq ki, xalqımızın Qərbi Azərbaycandakı çoxsaylı mədəni irs nümunələri kimi, rəssamın bir çox əsəri də 1918–1920-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi zorakılıq və talanlar zamanı məhv edilib.
Qərbi Azərbaycan İcması Mirzə Qədim İrəvaninin yaradıcılığı və onun timsalında Qərbi Azərbaycanın mədəni irsinin təbliği sahəsində həyata keçirilən ardıcıl və prinsipial siyasətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirir”, - bəyanatda deyilir.



Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












