Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.
İntizam tədbirləri çərçivəsində 2025-ci ildə 56 əməkdaşa yazılı, 81 əməkdaşa şifahi xəbərdarlıq, 8 əməkdaşa töhmət verilib, 1 əməkdaş isə aşağı vəzifəyə keçirilib.
Vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan araşdırmalar nəticəsində isə əlavə olaraq 16 əməkdaşa yazılı, 32 əməkdaşa şifahi xəbərdarlıq, 35 əməkdaşa töhmət, 3 əməkdaşa şiddətli töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 əməkdaşın əmək müqaviləsinə xitam verilib.
Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluqna təqdim olunub. /Anews.az
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO












