Şahbaz Şərif: "Biz həmişə Azərbaycanın yanındayıq" - FOTO

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 8 noyabr - Zəfər Günü münasibətilə Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Avtosfer.az xəbər verir ki, bu barədə baş nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Zəfər Gününün altıncı ildönümündə əziz qardaşım - Prezident İlham Əliyevə, eləcə də rəşadətli və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
8 Noyabr təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının şücaətinin, qətiyyətinin və fədakarlığının tarixi sübutuna çevrildi. Biz bu zəfəri mümkün edən şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik.
Pakistan həmin dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyurdu və biz dəyişməz olaraq Azərbaycanın yanındayıq. Keçən il Bakıda keçirilən və Prezident Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz bağları parlaq şəkildə nümayiş etdirdi.
Qoy Azərbaycan daha da güclənsin və çiçəklənsin, Cənubi Qafqazda isə davamlı sülh və ümumi rifah bərqərar olsun. Zəfər Günün mübarək!", - deyə Məhəmməd Şahbaz Şərif bildirib.
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO












