Bu şirkətlər tullantılara görə cərimələndi

Paytaxt ərazisində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan Avtosfer.az-a bildirilib ki, araşdırmalar zamanı Bakı şəhərinin Xətai rayonunda “Venera Project” MMC, Yasamal rayonunda “Esila Trading” MMC, “Payitaht Restaurant” MMC, Binəqədi rayonunun Biləcəri qəsəbəsində mebel fabrikinin fəaliyyəti zamanı “Crystal Mebel İnteryer” MMC tərəfindən, həmçinin Yasamal rayonunun A.M.Şərifzadə küçəsində tullantıların qanunsuz qalaqlanması zamanı müxtəlif ekoloji pozuntuların törədilməsi müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 233.1 (ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması), 237.1 (yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən obyektlərin istismara verilməsi), 266.2 (tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması), 271 (tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə məhkəməyə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












