"Bu yolların ucbatından mən ustalardan çıxmıram” - FOTO

Son günlərdə müşahidə olunan yol deformasiyaları sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az Xəzər TV-yə istinadən xəbər verir ki, xüsusilə Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirir.
Sürücülərin sözlərinə görə, yol örtüyü uzun müddətdir ki, təmir olunmur və yağışlı hava şəraiti ilə birlikdə vəziyyət daha da pisləşib. Çuxurların dərinliyi və genişliyi o qədər artıb ki, sürücülər avtomobillərinin alt hissəsinin zədələndiyini, təkərlərin sıradan çıxdığını bildirirlər. Yolun əlverişsiz vəziyyəti səbəbindən sürücülər avtomobillərini təmirə aparmaq məcburiyyətində qalıblar.
“Bu yolların ucbatından mən ustalardan çıxmıram. Maşının amortizasiya sistemi sıradan çıxıb. Asfaltın ümumi keyfiyyəti yox idi, yağış yağdı, bir az da çoxaldı...”, - narazı sürücülərdən biri deyir.
Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanıb. Qurumdan bildirilib ki, yoldakı vəziyyətdən xəbərdardırlar. Yaxın günlərdə orada təmir işlərinə başlanılacaq.
Daha ətraflı süjetdə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












