Cəlilabadda məktəbə gedən yol bərbad vəziyyətdədir - FOTO

Cəlilabad rayonunda orta məktəbə gedən yol bərbad vəziyyətə düşüb.
Bu barədə Report-a bir qrup rayon sakini məlumat verib.
Onların sözlərinə görə, yol bərbad vəziyyətə düşdüyündən artıq buradan keçmək mümkünsüz olub. Buna görə də şagirdlərin məktəbə gediş-gəlişi problemə çevrilib.
Sakinlər deyir ki, qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir: "Ona görə də uşaqları məktəbə məcbur olub maşınla aparırıq. Bu məktəb yenicə inşa edilərək istifadəyə verilib. Amma bu cür məktəbin yolu yoxdur. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, hələ ki müsbət cavab verilməyib".
Sakinlər vurğulayıb ki, yolda təmir işləri aparılmayacağı təqdirdə övladlarını bu məktəbdən çıxarmaq məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər ərazi dairəsi nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, sakinlərin problemindən xəbərdardırlar.
Qeyd olunub ki, problem tez bir zamanda tam aradan qaldırılacaq və məsələ həllini tapacaq.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
















