Cəlilabadda mərkəzdən 3 km aralıda yerləşən kəndin yolları bərbad vəziyyətə düşüb - FOTO

Cəlilabad rayonunun Suluçeşmə kəndinin yolları bərbad vəziyyətə düşüb.
Bu barədə Report-a kənd sakinləri deyiblər.
Onların sözlərinə görə, yollar bərbad vəziyyətə düşdüyündən piyadalarla yanaşı, nəqliyyat vasitələrinin də hərəkəti çətinləşib. Sakinlər bildiriblər ki, rayon mərkəzinə getmək üçün min bir əziyyət çəkməli olurlar.
Kənd əhalisi deyir ki, yola vaxtaşırı olaraq öz hesablarına çınqıl-daş töksələr də, bu, müvəqqəti xarakter daşıdığı üçün problem də köklü şəkildə həll olunmayıb. Onların sözlərinə görə, tökülən çınqıl-daşlar qış ayları ərzində palçığa batır və ya yük avtomobillərinin hərəkəti nəticəsində yerin torpaq qatına qarışır. Bununla da qısa müddət ərzində yol yenidən bərbad vəziyyətə düşür.
"Yolların bu vəziyyətdə olması bizi çox narahat edir. Hava bir qədər yağıntılı olan kimi palçıqlı yolda hərəkət etmək əsl problemlə çevrilir. Uşaqlarımız məktəbə gedib-gələndə çox əziyyət çəkirlər. Xəstəmiz olanda isə təcili yardım avtomobili yolların bərbad olduğuna görə kəndə gəlmir. Yay gələndə isə ərazini və yaxınlıqdakı evləri toz-torpaq bürüyür. Öz hesabımıza bu yollara çınqıl-daş tökdürsək də, asfaltla örtülmədiyindən yol yenə əvvəlki vəziyyətinə qayıdır", - sakinlər vurğulayıblar.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Suluçeşmə kənd üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, yolun asfaltla örtülməsi məsələsi planda yoxdur. Qeyd edilib ki, sakinlər kənd bələdiyyəsi ilə yığışıb yolda təmir-bərpa işləri apara və bununla da problemi tam aradan qaldıra bilərlər.
Xatırladaq ki, Suluçeşmə kəndi rayon mərkəzindən cəmi 3 kilometr aralıda yerləşir.
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı














