“Cellencer” kosmik gəmisinin qalıqları Florida sahillərində tapılıb

ABŞ-ın 1986-cı ildə qəzaya uğrayan “Cellencer” kosmik gəmisinin qalıqları Florida sahillərində Atlantik okeanının dibində tapılıb.
Avtosfer.az xəbər verir ki, kosmik gəminin qalıqlarını Bermud üçbucağı haqqında sənədli film üzərində işləyən dalğıclar təsadüfən tapıblar. Onlar okeanın dibində qumla örtülmüş altı metrlik xarakterik plitələri olan fraqment görüb və NASA-ya müraciət ediblər. Beləliklə, “Challenger”in fraqmenti 25 ildən sonra aşkarlanıb.
Hazırda NASA fraqmentin okean səthinə qaldırılmasının mənası olub-olmadığı və həlak olan astronavtların xatirəsini yad etmək üçün ondan necə istifadə edəcəyi barədə düşünür.
Agentlik xatırladır ki, “Cellencer” 1986-cı il yanvarın 28-də Florida ştatındakı kosmodromdan havaya qalxdıqdan 73 saniyə sonra səmada partlayaraq alovlanıb. Müəllimə Krista Makolife də daxil olmaqla, kosmik gəminin yeddi ekipaj üzvünün hamısı ölüb. Bu qəza ABŞ-ın kosmik proqramı tarixində ən böyük faciələrdən biri olaraq qalır.
azertac
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












