Cənub bölgəsində polis şöbələrində monitorinq keçirildi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Biləsuvar, Cəllabad, Masallı, Lənkaran, Astara, Lerik, Yardımlı, Neftçala və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində başçəkmələr həyata keçirib.
Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.
O bildirib ki, BMT-nin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, cəza əleyhinə Konvensiyasının Fakültativ protokolu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanma şəraitinin, rəftarın, saxlanılan şəxslərin hüquqlarının təmin olunmasının öyrənilməsi olub:
"Başçəkməni mənimlə birlikdə komitənin hüquq söbəsinin müdürü Rövşən Məmmədov keçirdik. Başçəkmə zamanı saxlanılan şəxslərin kameralarına, istintaq, tibb, ibadət, görüş və gəzinti sahələrinə baxış keçirildi. Monitorinq zamanı saxlanılan şəxslər fərdi qəbul edildi, hüquqlarının təmin olunması vəziyyəti araşdırıldı. Başçəkmələrin yekununda məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, tövsiyə xarakterli məsləhətlər verildi. Həmçinin Covid -19 pandemiyasına qarşı sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırıldı. Monitorinqin nəticəsi olaraq müvəqqəti saxlanma yerlərində vəziyyət qənaətbəxş qiymətləndirildi. Monitirinqin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq".
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












