“Çin Şərq Hava Yolları” C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaq

“Çin Şərq Hava Yolları” şirkəti yerli istehsal olan dar füzelyaja malik C919 sərnişin təyyarəsinin ilk istismarçısı olacaq.
Avtosfer.az xəbər verir ki, Çin Mülki Aviasiya Korporasiyasının (COMAC) istehsal etdiyi C919 sərnişin təyyarələrinin ilk partiyası dekabrda sifarişçiyə təqdim olunacaq. “Çin Şərq Hava Yolları” şirkəti C919 təyyarəsini ilkin mərhələdə daxili uçuşlarda istifadə edəcək.
Qeyd edək ki, sentyabrda Çinin səlahiyyətli qurumu C919 təyyarələrinə uçuş serfikatı verib. C919 Çinin milli təyyarə istehsalı sahəsində uzun illər apardığı işin nəticəsidir
Qeyd edək ki, “C919” tipli ilk sərnişin təyyarəsinin istehsalı 2015-ci ilin noyabrında yekunlaşıb. Standart uçuş məsafəsi 5500 kilometr olan “C919” “Airbus A320” təyyarəsinin modifikasiya edilmiş versiyası və “Boeing-737” təyyarəsinin yeni nəsli ilə müqayisə olunur. Uzunluğu 39 metr, qanad uzunluğu 36 metr olan ikimühərrikli təyyarə göyərtəsində 192 sərnişin daşıya biləcək. Yerli KİV-lərin məlumatına əsasən, yeni avialayner təxminən 50 milyon ABŞ dollarına başa gəlir ki, bu da “Boeing-737” və “Airbus A320” təyyarələrinin qiymətindən iki dəfə ucuzdur.
azertac
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











