Çində “Airbus A321” təyyarələrinin istehsalına başlanılıb

“Airbus” korporasiyası Çinin Tiencin şəhərindəki son yığım müəssisəsində dargövdəli “A321” təyyarələrinin istehsalına başlayıb.
Avtosfer.az “Airbus China”nın məlumatına istinadla xəbər verir ki, Tiencində “A321” təyyarələrinin istehsalı barədə qərar dünyada, o cümlədən Çində darfüzelajlı “A321” təyyarələrinə tələbin çoxalması ilə bağlıdır. Müəssisədə ilk bu tip təyyarə gələn ilin əvvəlində hazır olacaq.
“A321” təyyarələrinin Tiencindəki son yığım müəssisəsində istehsalı üçün ötən ilin noyabrından hazırlıq prosesinə start verilib. Müəssisədə bu tip təyyarələrin istehsalı “A320” təyyarələrinin yığımına mane olmayacaq.
“Airbus China”nın icraçı rəhbəri Corc Su bildirib ki, 200-dən çox sərnişin daşıya bilən “A321” hazırda “A320” ailəsindən olan ən populyar təyyarədir. Belə ki, “A321” təyyarələri dünyadakı “A320” ailəsindən olan təyyarələrin 60 faizini təşkil edir.
Qeyd edək ki, “Airbus”un Tiencin şəhərində 2008-ci ildən fəaliyyət göstərən son yığım sahəsi şirkətin Tuluza (Fransa), Hamburq (Almaniya) və Alabamadan (ABŞ) sonra dünyada sayca 4-cü istehsal sahəsidir.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 genişgövdəli, 5160 dargövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












