Çingiz Qənizadə: Mənə böhtan atdığına görə Paris məhkəməsi Qənimət Zahidi cərimələyib

Fransada yaşayan Qənimət Zahidov Paris məhkəməsinin hökmü ilə cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, bununla əlaqədar Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, "Demokratiya və İnsan Hüquqları" Komitəsinin rəhbəri Çingiz Qənizadə keçirdiyi mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, Qənimət Zahidov 2019-cu ildə müxtəlif vaxtlarda "YouTube" platformasında yayımlanan özünün "Azərbaycan Saatı" kanalında video yayımlayaraq şəxsinə böhtan atıb.
Bundan sonra Çingiz Qənizadə Qənimət Zahidovun sığındığı Fransa məhkəməsinə şikayət edib.
Çingiz Qənizadə bildirib ki, şərəf və nüfuzuna xələl gətirən iddialar və ittihamlar səsləndirən Qənimət Zahidovun cinayət əməlləri Paris məhkəməsində sübuta yetirilib.
Beləliklə o, Fransanın müvafiq qanunlarına uyğun cəzalandırılıb. Məhkəmənin qərarı ilə Qənimət Zahidov 500 avro cərimə və Çingiz Qənizadəyə ödənilməklə 300 avro məbləğində təzminat cəzasına məhkum edilib.
Çingiz Qənizadənin sözlərinə görə, əsas istəyi Qənimət Zahidov və onun kimi xarici ölkələrdə oturub, Azərbaycan və Azərbaycandakı bəzi ictimaiyyət nümayəndələri, siyasətçilər haqda fikirlər səsləndirənlərin tamamilə cəfəngiyyat yaydıqlarını sübuta yetirmək idi.
O bildirib ki, Paris Cinayət Məhkəməsi tərəfindən 2025-ci il oktyabrın 21-də çıxarılmış hökmlə Qənimət Səlim oğlu Zahidov Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab edilir və bu ölkədə cinayət törətmiş şəxslər kateqoriyasına daxil edilir:
"Məhkəmə bildirir ki, həmin şəxs barədə məhkumluğun yaranması onun hansı cəzaya məhkum edildiyindən daha vacibdir. Azərbaycan tarixində ilk dəfədir ki, hansısa xarici dövlətə sığınaraq, onun imkanlarından istifadə edib başqa ölkəyə, onun vətəndaşına qarşı cinayət əməlləri törədən, yalan və böhtan yayan şəxs elə sığındığı ölkənin hüquq sisteminə uyğun cəza alır".
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












