Daha bir rayonda ehsan sadələşdirildi

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə il öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Buna səbəb həmin dövrdə beş yas mərasimindən vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır. Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub. Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar.
Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb










