Daha bir rayonda KÜTLƏVİ İXTİSAR: 46 nəfər işsiz qaldı

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 53 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işlərini itiriblər. İcra başçısı Rəşad Tağıyevin sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Vəzifələri ləğv edilənlərdən 7 nəfər müvafiq icra hakimiyyətinin əlaqədar qurumlarında işlə təmin olunsa da, 46 nəfər ehtiyat kadr siyahısında qalıb.
Məlumata görə, vəzifələrini itirənlərdən 48 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə icra hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı, Bərdə Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Ağdam Rayon İcra Hakimiyyətindən isə 54 nəfər vəzifələrindən azad ediliblər.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












