Dəhşətli qəzada ölənlər şəhidin qardaşı ilə jurnalistin oğlu imiş

İki gün əvvəl Yevlaxda baş vermiş ağır qəzada xəsarət alan azyaşlılar Bakıda xəstəxanaya yerləşdiriliblər.
Yevlax Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin qardaşı Həsən Mirzəyevin idarə etdiyi avtomobilin qəzaya uğraması səbəbindən xəsarət alan sürücünün övladları paytaxta göndəriliblər.
Bildirilib ki, qəzada şəhidin 41 yaşlı qardaşı və onun sərnişini olan 44 yaşlı Rüfət Həmidov hadisə yerində vəfat ediblər. Rüfət Həmidov Yevlaxda fəaliyyət göstərən “Kür” qəzetinin jurnalisti Ramiz Həmidovun oğludur.
Dəhşətli yol qəzası Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində baş verib. H.Mirzəyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil Şəhidlər xiyabanının hasarına çırpılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edən Elçin Mirzəyev 2020-ci ilin oktyabrın 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi üç gün sonra Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Elçin üç medalla - “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












