Dekabrda Ağalıya yeni köç olacaq - Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI

“Zəngilan rayonunun Ağalı kəndində - “Ağıllı kənd”də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istehsal sahəsi yaradılıb, işləmək qabiliyyəti olan əksər şəxslərin məşğulluğu təmin edilib”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, “Ağıllı kənd”də ümumilikdə 210 evin tikintisi nəzərdə tutulub:
“Artıq 87 evin tikintisi başa çatıb, 113 evin tikintisi isə davam etdirilir. Dekabrda növbəti qrup sakin kəndə köçəcək”.
Bundan başqa, onun sözlərinə görə, hazırda Ağalıda internetin ən aşağı sürəti 100 mb/s-dir, bəzən isə sürət 400 mb/s-yə çatır.
“Ağalıda tez-tez ağacəkmə aksiyaları həyata keçirilir və bu günə qədər kənddə azı 10 min ağac əkilib”, - V.Hacıyev əlavə edib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












