Dəmir yolundan 10 min manatlıq oğurluq edilib - FOTO

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Şirvan-Osmanlı dəmiryolu mənzilinin 53-cü kilometrliyində, Şirvan Enerji Təchizatı Sahəsinə məxsus uzunluğu 250 metr, dəyəri isə 10000 manata yaxın olan qoşa kontakt mis naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Ə.Əliyusifli və F.Rüstəmov, eləcə də Sabirabad rayon sakini R.Məmmədov saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf edərək əldə etdikləri mis naqili Hacıqabul rayon sakini İ.Quluzadəyə 3000 manata satdıqlarını bildiriblər. İ.Quluzadə də polis əməkdaşları tərəfindən saxlanılıb və çəkisi 355 kiloqram olan mis naqil maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı İmişli stansiya Xətt Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











