Deputatdan xaricdəki azərbaycanlı iş adamlarına ÇAĞIRIŞ

“Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə “kabinet” formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətlərini yeni separatizm hərəkatına qoyur. Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad edilmiş torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmayə qoymaması da narahat etməlidir. Azərbaycanlılar da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Onlar azad edilmiş ərazilərə investisiya qoyub qazanmaqdan ötrü qayıdışa hazırdırlarmı?”
Avtosfer.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Qarabağ və azərbaycanlı genlərini daşıyan yüzlərlə milyonçu var.
“Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O üzdən dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdırlar”, - deyə Zahid Oruc əlavə edib.
Deputat qeyd edib ki, həmin iş adamlarına əlavə toxunulmazlıq və zəmanət gərəkdirsə, onu da dövlətə açıq deməlidirlər.
“Onsuz da müqəddəs torpaqlarda itki yoxdur, xalqa yatırılan kapital batmır. Bir özəl məktəbin, yaxud klinikanın tikilməsi ordunun tankı-topu qədər önəmlidir. Ona görə də ermənilərlə savaşda hamının silahla döyüşməsinə ehtiyac yoxdur. Dövlətimiz vardanyanları özü neytrallaşdıracaq, əvəzində xaricdən gələn milyonçularımız Qarabağda qazansalar, düşmən üzərində Qələbəni davam etdirərlər!” - deyə Zahid Oruc bildirib.
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO










