"Dərmanlarla bağlı böyük problemlər var" - Deputat

“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”.
Avtosfer.az Apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
“Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı mallarının istehsalı sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq yaratmaq üçün mikro, orta, kiçik bizneslə bağlı bütün problemləri həll etməliyik. Gərək kiçik və mikro biznesə xüsusi şərtlər yaradaq. Məsələn, 3 illik vergi tətillər etmək, kommunal xərcləri 50%, ümumiyyətlə, vergini azaltmaq olar. Yetər ki, bölgələrdə müəssisələr yaransın. Bizə kənd təsərrüfatı inkişafının bugünkü faizi qane etmir. Bizə kənd təsərrüfat məhsullarını sürətlə inkişaf etdirək lazımdır”, - deyə deputat vurğulayıb.
Dərmanlarla əlaqədar məsələyə toxunan Rüfət Quliyev Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib:
“Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem “Aspirin Kardio” və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












