Divan üstündə dava: Gədəbəydə polisləri söyən şəxs həbs olundu

Gədəbəydə polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.
“Unikal”ın məlumatına görə, rayonun Qumlu kənd sakini Akif İsmayılov (soyad şərtidir) ata evindən özünə məxsus divanı götürmək istəyərkən anası və qardaşı onu döyüblər. A.İsmayılov Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşları isə işin araşdırılacağını bildiriblər.
Lakin sonradan o, yenidən ata evinə gəlib və divanı götürmək istəyib. Anası, bacısı və qardaşı onu yenidən döyüblər.
Bundan sonra Akifin anası, qardaşları, bacıları və qonşuları Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edərək onun kənd ərazisində nalayiq söyüşlər söydüyünü bildiriblər. Gədəbəy Rayon Polis Şöbəsinə aparılan A.İsmayılov polis əməkdaşlarının ünvanına söyüşlər söyüb, dövlət orqanlarını təhqir edib. Eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
A.İsmayılov barəsinə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











