DİN blogerləri mükafatlandırdı - FOTO

Daxili İşlər Nazirliyinin əhali arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqə yekunlaşıb. 21 bloger tərəfindən təqdim olunan materiallara münsiflər heyəti tərəfindən baxış keçirilib, onlardan 7 material seçilərək müəllifləri müsabiqənin qalibləri olublar.
Avtosfer.az xəbər verir ki, noyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində müsabiqə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Baş İdarənin rəisi, polis general-mayoru İslam Hümbətov çıxışında daxili işlər orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində apardıqları qətiyyətli mübarizə, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirləri barədə qısa məlumat verib. O, qlobal problem olaraq bütün bəşəriyyəti narahat edən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın aradan qaldırılması üçün cəmiyyətin birgə səylərinin tələb olunduğunu, hər kəsin ümumi işə real köməkliyinin vacibliyini qeyd edərək, əhali arasında antinarkotik təbliğatında göstərdikləri dəstəyə görə müsabiqə iştirakçılarına təşəkkürünü bildirib.
Daha sonra qalib gələn iştirakçılara mükafatlar təqdim edilib.
İştirakçılar da öz növbələrində blogerlərin bu istiqamətdə maarifləndirmə işlərinə cəlb olunmalarının vacib təşəbbüs olduğunu diqqətə çatdıraraq ölkə və DİN rəhbərliyinə təşəkkür edib, bundan sonra da öz fəaliyyətlərində sağlam gəncliyin formalaşmasında əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA














