DİN Masallıda "Sağlam bədəndə sağlam ruh" devizi ilə yarış keçirdi - FOTO

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon üzrə mərhələsi keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.
Daha sonra yarışlara start verilib və gənclər yarışların proqramında müəyyən olunan marşrut üzrə 3000 metr məsafəyə kross qaçışı və gimnastik hərəkətlər üzrə yarışıblar.
Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA


















