Dövlət Komitəsi: “Şuşadakı məscidlərin bəzisi muzey ola bilər”

“Şuşada olan məscidlər, əsasən, aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək olar:
“Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq gətirəcək”.
S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısı mümkün qədər bərpa ediləcək:
“Məsələ orasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən, misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri dağıda bilməyiblər. Dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətlərini rahat edə bilsinlər”.
Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən sədrin birinci müavini əlavə edib ki, hər iki yerdə bərpa işləri davam edir:
“Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik.
Ermənilərdən bizim fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşılarına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki, Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq”.
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT










