Azərbaycanda zərərli tərkibli 732 min elektron poçt göndərişinin qarşısı alınıb
Xəbərlər
3 Noyabr 2022 14:13

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) ilin üçüncü rübü ərzində xüsusi mühafizə avadanlıqları vasitəsilə dövlət qurumlarının əməkdaşlarını hədəfləyən zərərverici tərkibli 732 min elektron poçt göndərişinin dövlət orqanlarına çatdırılmasının qarşısını alıb. Dövlət Xidmətindən Azərtac-a bildiriblər ki, “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarını informasiya təhlükəsizliyinə nəzarət olunan elektron poçt xidməti ilə təmin edir.
Xüsusi mühafizə olunan avadanlıqlarla təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir. Sistem üzərindən üçüncü rüb ərzində ümumilikdə 7 milyon 230 min elektron poçt emal edilib. Onlardan 6 milyon 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.
Oxunub : 874
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
24 Sentyabr 2026 18:24
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
24 Sentyabr 2026 12:53
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
22 Sentyabr 2026 20:58
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
22 Sentyabr 2026 19:37
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
ŞƏRH YAZ












