Dövlət xətti ilə 1300-ə yaxın ipoteka krediti verildi

Bu ilin I rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1 251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür.
Avtosfer.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ümumilikdə, 2006-cı ildən indiyə qədər Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə bu il aprelin 1-nə Fond ümumilikdə 107,4 milyon manat məbləğində 1 211 zəmanətli ipoteka krediti verib.
Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi davam etdirilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 % müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, yanvar-mart aylarında adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 % təşkil edib.
İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Fond Ölkə Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq fəaliyyət göstərir.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










