DTX Cəbrayılda minlərlə hərbçimizi mühasirədən belə çıxarıb - VİDEO

Vətən müharibəsinin ilk günlərində Ermənistanın Gorusda yerləşən Birinci ordu korpusu, bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunları və Hadrut diviziyası çoxlu sayda Azərbaycan hərbçisini mühasirəyə salmaq üçün bir plan qurmuşdu. Hətta Ermənistanın ordu komandanlığı siyasi rəhbərliyi əmin etmişdi ki, qurulan tələ ilə onlar bir neçə gün ərzində Azərbaycan Ordusu üzərində böyük qələbə qazanacaqlar. Ancaq Dövlət Təhlükəsizliyi Xidməti bunun qarşısını yüksək peşəkarlıqla alıb."
Avtosfer.az xəbər verir ki, bu barədə Xəzər TV-də yayımlanan "Qartal Zirvədə" adlı sənədli filmdə açıqlanıb.
Filmdə DTX mənsubu deyib ki, adıçəkilən 3 qurum tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin 3 briqadadan ibarət bölmələrinin pusquya salınması ilə bağlı plan qurulmuşdu. Plana əsasən, hərbçilərimiz Araz çayı boyunca irəliyə buraxılmalıymış və onların 3 istiqamətdən, əsasən, Horadiz tərəfdən arxa təminat yolu bağlanmalıymış. Beləliklə, hərbçilərimiz mühasirəyə salınmalıymış: "Bunun da əsas məqsədi irəliləmənin qarşısını almaq və bizim bölmələri İran istiqamətinə sıxışdırmaq idi. Ancaq bu plan əvvəlcədən ifşa olundu və məlumatlar rəhbərliyə məruz edildi. Əks tədbirlər nəticəsində düşmənin özü bu vəziyyətə salındı və mühasirəyə alınaraq darmadağın edildi”
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











