DTX rəisi BQXK-nın ölkəmizdəki nümayəndəsi ilə görüşüb - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Draqana Koiçi qəbul edib.
Avtosfer.az DTX-nin saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev görüşdə BQXK-nin ölkəmizdə həyata keçirdiyi humanitar missiya, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibələri zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və axtarış prosesinin davamlı olaraq intensiv şəkildə aparılması, Ermənistanın itkin vətəndaşlarımıza dair məlumatları təqdim etməməsi ilə bağlı fikirlərini bildirib, həmçinin son dövrlərdə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsində göstərdiyi dəstəyə görə BQXK-yə minnətdarlığını ifadə edərək, Azərbaycan cəmiyyətində yüksək narahatlıqla qarşılanan yuxarıda sadalanan hallarla bağlı BQXK ilə birgə səylər sayəsində tezliklə konkret nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.
Xanım Draqana Koiç isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkür edib, gündəlikdə duran önəmli məsələlərin həlli istiqamətində qarşılıqlı səmərəli münasibətlər çərçivəsində vacib addımların atıldığını diqqətə çatdırmaqla BQXK-nin son zamanlarda həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Görüşdə, eyni zamanda hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












