Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub

Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri təyin olunub.
Məlumata görə, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.
Xatırladaq ki, A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.
A. Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.
A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da Michigan State Universitetində "Hubert H. Humphrey Fellowship" proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












